Lətif Kərimovun 110 illik
yubileyi münasibətilə sərgi
açılıb
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli Uşaq incəsənət məktəbində Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş sərgi keçirilib. Sərgidə məktəbin rəssamlıq şöbəsi şagirdlərinin əl işləri yer alıb.
Tədbirdə Lətif Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib və videomateriallar nümayiş etdirilib.
Bildirilib ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirib və elmi əsasını qoyub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbini (Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz) müəyyən edib və bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin zənginləşməsinə öz töhfəsini verib. “Azərbaycan xalçası” kitabında o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları bir yerə toplayıb.
Tədbirdə tanınmış
xalçaçı-rəssam Eldar
Mikayılzadə və Xalq rəssamı Arif Hüseynov Lətif Kərimovla
bağlı xatirələrini bölüşüblər.
Lətif
Kərimovun 110 illik yubileyi münasibətilə sərgi
açılıb
19.10.2016
Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
təşkilatçılığı ilə 3 nömrəli
Uşaq incəsənət məktəbində Xalq rəssamı
Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə
həsr edilmiş sərgi keçirilib. Sərgidə məktəbin
rəssamlıq şöbəsi şagirdlərinin əl
işləri yer alıb.
Tədbirdə
Lətif Kərimovun həyat və
yaradıcılığı haqqında məlumat verilib və
videomateriallar nümayiş etdirilib.
Bildirilib
ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin əsas
istiqamətlərini müəyyənləşdirib və elmi
əsasını qoyub. O, Azərbaycan xalçalarının
təsnifatını verərək, yeddi xalça məktəbini
(Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz)
müəyyən edib və bu məktəblərin səciyyəvi
xüsusiyyətlərini göstərib. Eyni zamanda,
unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların
bərpa edilməsinə, xalq ənənələrinin zənginləşməsinə
öz töhfəsini verib. “Azərbaycan xalçası”
kitabında o, milli xalçaçılığa dair
bütün bilikləri, müxtəlif ornamentləri,
kompozisiyaları bir yerə toplayıb.
Tədbirdə
tanınmış xalçaçı-rəssam Eldar
Mikayılzadə və Xalq rəssamı Arif Hüseynov Lətif
Kərimovla bağlı xatirələrini
bölüşüblər.
Mədəniyyət.- 2016.- 19
oktyabr.- S.13.