Xalq yazıçısı Elçinin Türkiyədə yeni
kitabı çapdan çıxıb
İstanbuldakı məşhur “Ötüken” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Elçinin “Sarı gəlin” adlı hekayə və povestlər kitabını yenidən çap edib.
Kitabdakı əsərləri görkəmli türk ədəbiyyatşünası Yusif Gədikli tərcümə edib və kitaba “ön söz” yazıb. Eyni zamanda, nəşriyyat da Xalq yazıçısı haqqında geniş təqdimat dərc edib. Təqdimatda deyilir: “Türk dünyası ədəbiyyatının ən seçilmiş yazıçılarından olan Elçinin bu kitabına bir-birindən gözəl on hekayəsi daxildir. Bu on hekayədə həyatın ən dramatik səhnələrindən ən fantastik anlarına qədər müxtəlif insani durumlar fövqəladə bir üslubla qələmə alınmışdır”.
Qeyd edək ki,
Elçin Türkiyədə ən çox tanınan və nəşr olunan yazıçılardan biridir.
Onun roman, povest və hekayələri, tədqiqatları,
esseləri qardaş ölkənin bir çox nəşriyyatlarında
dəfələrlə nəşr edilib.
Yazıçının pyesləri Ankara,
İstanbul, Konya,
Ərzurum teatrlarında tamaşaya qoyulub və böyük uğur qazanıb. Onun
yaradıcılığı haqqında monoqrafiyalar
nəşr olunub, dissertasiyalar
yazılıb. Ədib özü də
Türkiyənin bir sıra universitetlərinin
fəxri doktorudur.
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.4.