Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı

 

 

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrantı əsasında nəşr olunmuşQarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.

Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş tədbir “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilati dəstəyi ilə gerçəkləşəcək. Nəşrin müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.

Kitab-kataloqda ilk dəfə arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan fotoşəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.5.