Turizm və Menecment
Universitetində rus dili və alman
dili həftəsi
Azərbaycan Turizm və Menecment Universitetinin “Dillər” kafedrasında “Rus dili həftəsi”
və “Alman dili həftəsi” keçirilib. Tədbirin keçirilməsində məqsəd bu dillərin tədrisi zamanı qarşıya çıxan çətinliklərin
aradan qaldırılması
yollarının müzakirə
edilməsidir.
“Rus dili həftəsi”ndə Bakıdakı
Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinin nümayəndələri
də iştirak ediblər. Mərkəzin ATMU ilə əməkdaşlıqda
maraqlı olduğu vurğulanıb. Mərkəzin köməyi ilə universitet tələbələri
üçün Bakıda
rus filmlərinin çəkildiyi yerlərə
ekskursiya-ları təşkil
ediləcəyi bildirilib.
“Alman dili həftəsi”ndə texniki
vasitələrdən və
yeni metodlardan istifadə edilib. Turizm və
qonaqpərvərlik fakültəsinin
dekan müavinləri
Flora Əsgərova, Anar
Fərmayılov və
ixtisas müəllimləri
tərəfindən alman
dilinin tədrisi prosesində müasir metodların tətbiqinə
dair təkliflər irəli sürülüb.
Fariz
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.4.