Sənətinin vurğunu
Qax Dövlət Kukla Teatrında istedadlı, öz
sənətinin vurğunu olan
sənət fədailəri çoxdur. Rəssam Mayis Abdullayev onlardan biridir.
Mayis Abdullayev
1977-ci ildə Qax şəhərində anadan
olub. Qax İncəsənət məktəbinin rəssamlıq
şöbəsində sənətin
sirlərinə bələd
olub. Sonra Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində teatr
dekorasiya sənəti
ixtisasına yiyələnib.
2002-ci ildən Qax
Dövlət Kukla Teatrında quruluşçu
rəssam vəzifəsində
çalışır. Bu illər ərzində onlarla tamaşaya bədii tərtibat verib. Rus xalq nağılı
əsasında hazırlanmış
“Turp” tamaşası Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrdə
teatr festivallarında mükafata layiq görülüb. A.S.Puşkinin
“Qızıl balıq”,
Ü.Hacıbəylinin “Ər
və arvad” operettasının, Ə.Orucun
“Zınqırovlu pişik”,
Ş.Peronun “Qırmızıpapaq”,
R.Kiplinqin “Başlı-başına
gəzən pişik”
tamaşalarının böyük
uğurlar əldə
etməsində tərtibatçı
rəssam Mayis Abdullayevin xüsusi xidmətləri var.
İstedadlı rəssamın rayonun Əlibəyli kəndindəki
Gürcü Dram Teatrında
tamaşaya qoyulan Əli Əmirlinin "Bala, başa bəla" tamaşasına
verdiyi bədii tərtibat da böyük maraqla qarşılanıb. O, həmçinin
rayonda keçirilən
mədəni-kütləvi tədbirlərin, bayram mərasimlərinin bədii
tərtibatında fəal
iştirak edir. Sənət dostumuza gələcək fəaliyyətində yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq.
Osman Abdullayev
Qax Dövlət Kukla Teatrının ədəbi hissə müdiri
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.11.