Ədəbiyyatşünas, publisist Maarif Teymur vəfat
edib
Salman Mümtaz adına
Azərbaycan Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivinin
direktoru, ədəbiyyatşünas,
mətnşünas, publisist
Maarif Teymur oktyabrın 10-da vəfat edib.
Maarif Abı oğlu Teymurov 1946-cı il
mayın 10-da Masallı
rayonunun Ərkivan kəndində anadan olub. BDU-nun Kitabşünaslıq
və nəşriyyat
işi fakültəsində
və Moskvada Tarix-Arxivşünaslıq İnstitutunda
təhsil alıb.
1966-cı ildən Salman
Mümtaz adına
Azərbaycan Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivində
kiçik elmi işçi, böyük
elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini olub. 1987-ci ildən arxivin
direktoru vəzifəsində
çalışıb.
Onun C.Hacıbəyli, Ə.Hüseynzadə,
M.Məhərrəmzadə, M.Ə.Rəsulzadə, A.İldırım,
Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında məqalələri
dövri mətbuatda müntəzəm dərc
olunaraq oxucuların rəğbətini qazanıb.
A.İldırımın şeirlərini toplayaraq
nəşr etdirib, şair haqqında tədqiqat əsəri yazıb. Həmçinin bu şəxsiyyətlər
barədə televiziya
və radio verilişləri
hazırlayıb.
Tədqiqatçının ədəbiyyat və mədəniyyətimizin açılmamış
səhifələrinə dair
250-dən artıq məqaləsi
qəzet, jurnallarda çap olunub. O, 600-dən çox
tanınmış şəxsiyyətin
arxiv fondunun yaradılmasında fəal
iştirak edib.
Azərbaycan Yazıçılar Birliyi, Teatr Xadimləri İttifaqı
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maarif Teymur 1994-cü ildə Moskvada təşkil edilən
"Orijinal sənədlərin
sərgisi"ndə fəal
iştirakına görə
bürünc medal, müxtəlif
təşkilatların mükafat
və fəxri fərmanları ilə təltif edilib.
Maarif Teymur doğma kəndində dəfn olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2016.- 21
oktyabr.- S.13.