“İçərişəhər”
filmi Hindistanda festivala dəvət alıb
“İçərişəhər” tammetrajlı bədii filmi noyabrın 20-dən
28-dək keçiriləcək 47-ci Qoa (Hindistan) beynəlxalq kinofestivalına
dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında
lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri
Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı
Bütünay Haqverdiyev,
icraçı prodüseri
Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları
Təhminə Rafaella,
Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
Qeyd edək ki,
“İçərişəhər” filmi bu yaxınlarda Qahirə (Misir)
və Van (Türkiyə) festivallarına da dəvət alıb.
Mədəniyyət.- 2016.- 26
oktyabr.- S.2.