Avropada mədəniyyət siyasəti və təmayülləri

 

 

Ölkəmiz beynəlxalq tədbirdə təmsil olunub

 

16-19 oktyabr tarixində Malta Respublikasının St.Culians şəhərində “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin Milli Müəlliflərinin 15-ci assambleyası keçirilib.

Avropa Şurası ilə birgə təşkil olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.

43 Avropa ölkəsinin iştirak etdiyi iclasda Kompendium layihəsinin mövcud vəziyyəti, yeni menecment strukturu, tematik məkanları, xülasə profayllarının hazırlanması, informasiya xidmətlərinin təkmilləşdirilməsi və bu kimi məsələlər müzakirə olunub. Layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət siyasəti və onun alətləri, mədəniyyət siyasətinin ümumi məqsəd və prinsipləri, səlahiyyət və idarəetmə, mədəniyyətin maliyyələşdirilməsi və s. istiqamətlər üzrə milli məruzələr hazırlanır.

Qeyd edək ki, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək məqsədi ilə Mədəniyyət və Turizm NazirliyiAvropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin həyata keçirilməsində fəal iştirak edir.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.5.