Teatr forumunda kimlər nədən danışacaq?

 

 

 IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransına iki həftədən də az vaxt qaldı. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə reallaşan konfrans noyabrın 7-də Dövlət Musiqili Teatrında işə başlayacaq.Multikulturalizmteatrmövzusuna həsr olunan teatr forumuna qatılacaq ölkələrin və iştirakçıların sayı da dəqiqləşib. Dünyanın 38 ölkəsindən 140 nəfər. Ötən saylarımızda onların bir qismi haqqında məlumat vermişdik. Bu dəfə IV Bakı Beynəlxalq Teatr Konfransına təşrif buyuracaq qonaqların daha bir neçəsini təqdim edirik.

 

Piter P.Paxl (Almaniya) Münxen Universitetində musiqini, teatrnatiqlik sənətini öyrənib, həm də Almaniyada və xaricdə bir sıra opera teatrlarında çalışıb. Bədii rəhbər və icraçı direktor kimi simfonik orkestrlərə, musiqili teatr festivallarına rəhbərlik edib. Musiqili teatr tarixini araşdırmaqla yanaşı, həm də universitetlərdə mədəniyyət menecmentindən dərs deyir. Hazırda Pianopianissimo Musiqili Teatrının baş direktorudur. Bakı konfransında çıxış üçün maraqlı mövzu seçib: «Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft».

 

Saniya Kabdiyeva (Qazaxıstan) postsovet məkanında və türkdilli ölkələrdə tanınmış teatr tənqidçisi, bir sıra beynəlxalq festivalların münsiflər heyətinin üzvüdür. T.Jurgenov adına Teatr Sənəti Akademiyasının «teatrşünaslıq» kafedrasının müdiri, professor, Qazaxıstanın Əməkdar incəsənət xadimidir. Bakı konfransında «Qazaxıstan teatrı milli səhnə mədəniyyətlərinin qarşılıqlı əlaqə məkanı kimi» mövzusunda çıxış edəcək.

 

Svetlana Bunakova (Rusiya) Tomsk Politexnik İnstitutunu «işıq texnikası və işıq mənbələri» ixtisası üzrə bitirib. Teatra olan məhəbbət onu Seversk şəhərindəki Kukla Teatrına gətirib. İşıqçı kimi fəaliyyətə başlayıb, sonra inzibati işə keçib. Rusiya Teatr Sənəti Akademiyası nəzdində Ali Səhnə Sənəti Xadimləri Məktəbində menecer təhsili alıb. 2007-ci ildə Sibir Teatrları Assosiasiyasını, sonra da uşaq və yeniyetmələr üçün «Sibir pişiyi» Ümumrusiya teatr festivalını təsis edib. 2011-ci ildən Seversk Musiqili Teatrının direktorudur.

 

Temur Rəşidov (Özbəkistan) Daşkənd Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, «Estrada və kütləvi tamaşalar sənəti» kafedrasının dosentidir. 2012-ci ildə Özbəkistan Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutunda «Estrada tamaşası kontekstində incəsənətin sintezi» mövzusunda elmi müdafiə edib, sənətşünaslıq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Bakıda «Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milliregional identifikasiya problemləri» adlı məruzə ilə çıxış edəcək.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.6.