Rəssam Rəfael Əlizadənin yubiley sərgisi

 

 

Oktyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Rəfael Əlizadənin 70 illiyinə həsr olunmuş sərgi keçirildi.

 

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov tədbiri açaraq R.Əlizadəni yubiley sərgisi münasibətilə təbrik etdi. Bildirdi ki, o, uzun illərdir televiziyateatr rəssamı kimi fəaliyyət göstərir, sənətin müxtəlif janrlarında dəyərli əsərlər yaradır. F.Xəlilov sərgilənən əsərlərin hər bir tamaşaçıda gözəl duyğular doğuracağına əminliyini ifadə etdi.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə rəssam R.Əlizadəni çoxdan tanıdığını, onu bir rəssam və insan kimi yüksək dəyərləndirdiyini söylədi.

Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov müəllifə uğurlar arzuladı.

Yubilyara Azərbaycan Rəssamlar İttifaqının diplomu təqdim olundu.

Sonda R.Əlizadə sərgiyə gələn hər kəsə sayğısını ifadə etdi. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra sənətsevərlər əsərlərlə yaxından tanış oldular.

Bildirək ki, R.Əlizadə 1946-cı ildə Bakıda anadan olub. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1977-ci ildə Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib. 1968-ci ildən Azərbaycan TeleviziyaRadiosunda işləyir, 100-dən çox veriliştamaşaya quruluşçu-rəssam kimi tərtibat verib. Həmçinin paytaxt teatrlarındakı bir çox tamaşaların rəssamı olub. 1986-cı ildən ARİ-nin üzvüdür.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.7.