Türkiyəli yazarla görüş

 

 

M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanasında (Səbail MKS-nin 1 saylı filialı) türkiyəli şair, yazıçı Mehmet Nuri Parmaksızla görüş keçirilib. Tədbirin aparıcısı Susana Məmmədova M.Parmaksızın həyat və fəaliyyəti barədə danışıb, müəllifin “AYBkitab” layihəsi çərçivəsində nəşr olunan “Həsrət, eşqsükut” kitabından söz açıb.

Rejissor Fəridə Məmmədova, şair Xəyal Rza müəllifin “İndi ölsəm” və “Elə bir zaman gəldi ki...” şeirlərini səsləndiriblər. Sonda M.N.Parmaksız “Həsrət, eşqsükut” kitabını imzalayaraq tədbir iştirakçılarına bağışlayıb.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.11.