Ölkəmiz Dünya Musiqisi Sərgisində təmsil olunub

 

 

Oktyabrın 19-dan 24-dək İspaniyanın Santiaqo de Kompostela şəhərində “Womex” - Dünya Musiqisi Sərgisi keçirilib.

Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayevanazirliyin eksperti təmsil edib. Tədbir çərçivəsində nazirliyin təşkilatçılığı ilə Türkiyənin “Vokaliz Orqanizasiyon” şirkəti tərəfindən Azərbaycan musiqisinə və milli musiqi alətlərinə həsr olunmuş sərgi təşkil olunub.

Azərbaycan pavilyonu fərqli tərtibatla tamaşaçıların böyük marağına səbəb olub. Qonaqlara Azərbaycanın milli musiqisinin təbliği məqsədilə kitablar, CD-lər paylanılıb, Azərbaycan loqosu ilə USB-lər və kəlağayılar hədiyyə olunub.

Sərgi zamanı ziyarətçilərə Azərbaycan mətbəxinin təbliği məqsədilə paxlava, milli şərablar və s. təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.16.