Bakı Xoreoqrafiya Akademiyası magistrantlarının
ilk konserti
Oktyabrın 26-da Bakı Xoreoqrafiya
Akademiyasının (BXA) Musiqi
fənləri kafedrası
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Musiqi alətləri fənlərinin tədrisi
kafedrasının dəvəti
ilə bu tədris ocağında “Bakı Xoreoqrafiya Akademiyasında musiqi təhsili” mövzusunda
seminar və akademiyanın
instrumental ifaçılıq ixtisası üzrə magistr tələbələrinin
ilk konsertini keçirib.
Universitetin akt zalında təşkil olunan seminarı giriş sözü açan BXA təhsil kompleksinin Bakalavr və magistratura şöbəsinin
müdir müavini, baş müəllim Lalə Hüseynli akademiyada tədris sistemi, yeni açılmış
ixtisaslar və yaradıcı mühit barədə məlumat verib.
Qeyd edilib ki, akademiyada təhsilin bütün pillə və səviyyələrində musiqi
üzrə fənlər
tədris olunur, xoreoqrafiya təhsili və sənətinin inkişafı üçün
vacib əhəmiyyət
kəsb edən
instrumental ifaçılıq ixtisasına böyük önəm verilir. Hazırda akademiyada
fortepiano və nağara
ifaçılığı tədris olunur. Növbəti tədris ilindən
musiqi alətləri üzrə ixtisasların artırılması planlaşdırılır.
Bu yaxınlarda açılan
Musiqi fənləri kafedrasına rəhbərlik
sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyliyə
həvalə olunub.
Sonra BXA
təhsil kompleksinin
instrumental ifaçılıq ixtisası üzrə təhsil alan
magistrantlarının konserti
keçirilib.
Konsertdə Bax, Ziloti, Berkoviç,
F.Əmirov, A.Məlikov, Q.Qarayev, S.İbrahimova, T.Quliyev və
digər bəstəkarların əsərləri ifa olunub. Akademiyanın orta ixtisas təhsili pilləsinin
tələbələrindən ibarət
nağaraçılar ansamblı (müəllim C.Babayev) Azərbaycan ritmlərindən ibarət
kompozisiya ilə çıxış edib. Proqrama professor, Əməkdar incəs
Mədəniyyət.- 2016.- 28
oktyabr.- S.5.