Gənc Tamaşaçılar Teatrının aktyoru festivaldan diplomla qayıdıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev Moskvada keçirilmişTerritoriya” XI Beynəlxalq Müasir İncəsənət Festivalında ölkəmizi uğurla təmsil edib.

Rusiyanın Mədəniyyət Nazirliyinin Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festivalın keçirilməsində məqsəd Rusiya tamaşaçısını, festivalın tələbə iştirakçılarını, eləcə bu ölkədə fəaliyyət göstərən teatr universitetləri məzunlarını müxtəlif janr məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.

Festivalda dünyanın tanınmış teatr xadimləri ilə yanaşı, Rusiyanın nüfuzlu teatr mütəxəssisləri iştirakçılara ustad dərsləri keçiblər. GTT-nin aktyoru tədbir çərçivəsində U.ŞekspirinHeç nədən hay-küy” tamaşasında Benedikt roluna görə festival-məktəbin xüsusi diplomuna layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.7.