Rusiyalı tarixçinin
erməni terrorizmi haqqında kitabı
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabı sentyabrın 1-dən internetdə istifadəyə verilib.
Bu barədə tarixçi özü məlumat verib. Oleq Kuznetsov sentyabrın 3-də Rusiyada “Terror qurbanlarının həmrəyliyi günü”nün qeyd olunduğunu bildirib və bu ərəfədə kitabın elektron versiyası internetdə yerləşdirilib.
Oxucular “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” kitabını oleg-kuznetsov.ru/bibliography/500/ internet ünvanından yükləyə bilərlər.
Qeyd edək ki, kitab
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti
materialları, erməni terrorçularının Azərbaycan
və Rusiya ərazisində törətdikləri
cinayətlərə dair cinayət işləri
əsasında yazılıb.
525-ci qəzet.- 2016.- 2 sentyabr.- S.13.