“Beynəlxalq bloq günü” münasibətilə
görüş
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Təhsil Nazirliyinin təşəbbüsü ilə “Beynəlxalq bloq günü” münasibətilə maarifçi QHT-lər və fəal bloqqerlərlə görüş keçirilib.
Nazirliyin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın icrası haqqında danışıb, elm-təhsil istiqamətində tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov isə tələbələrin köçürülməsinin elektron qaydada aparılması, yeni yaradılan transfer.edu.az saytı barədə iştirakçıları məlumatlandırıb.
Sonra “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyinin əməkdaşı, layihənin rəhbəri Rüstəm Ağayev tərəfindən təqdim olunub. O, bu məsələ ilə bağlı dünya və Avropa təcrübəsindən bəhs edib.
MEK-in sərbəst elektron resurslarla iş bölməsinin əməkdaşı Günay Məmmədova kitabxanada Vikipedia təlimləri istiqamətində görülən işlərdən danışıb.
Azərbaycandan və Rusiyadan
olan bloqçular və
QHT təmsilçiləri mövzu ilə
bağlı fikirlərini bölüşüblər.
525-ci qəzet.- 2016.- 2 sentyabr.- S.13