Qubanın tat kəndindən bəhs edən nəşr

 

 

Tarixçi Sadiq Quliyev müəllifi olduğuÇiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabını Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib. Kitab Quba rayonunun cənubunda yerləşən Çiçi kəndi və orada yaşayan tatlardan bəhs edir. Tarixi-etnoqrafik oçerklər Çiçi tatlarının mənşəyini, kəndlərinin toponimik adlarının yaranmasını, sakinlərin həyat tərzini, təsərrüfatını, məişətini, adət-ənənələrini özündə əks etdirir. Kitabda həmçinin 45 müəllifin əsərlərindən və görkəmli şəxslərin əlyazmalarından istifadə olunub.

 

525-ci qəzet.- 2016.- 2 sentyabr.- S.13