Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər
siyahısında
“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran “Müsəlmanların Qlobal Səyahət İndeksi 2016” adlı hesabatını dərc edib.
Hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb. 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.
Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrindən Qətər, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.
İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya və CAR qərarlaşıb.
Bununla yanaşı, araşdırmanın
nəticələrinə əsasən,
2015-ci ildə orta hesabla 117 milyon müsəlman turist qeydə alınıb ki, bu da
ümumilikdə turizm
bazarının 10 faizini
təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist
axınının 11 faizə
çatacağı gözlənilir.
Qeyd olunan tarix üçün
müsəlman turistlərin
xərclərinin 200 milyard
doları üstələyəcəyi
proqnozlaşdırılır.
Asiya və Avropa ölkələri ümumilikdə müsəlman
turist axınının
87 faizini qəbul etməklə müsəlman
turistləri cəlb edən əsas iki region kimi qeyd olunub.
Sürətlə inkişaf
edən bu sektor
üzrə ən geniş
araşdırmanın nəticələrinə əsasən,
təqdim olunmuş hesabatda
Orta Şərq və Afrika
regionundan 8 ölkə müsəlman
turistləri üçün ən
yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.2.