“Musiqi sülhə səsləyir”
Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir təşkil olunacaq. 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə keçirilən “Sülh aylığı” çərçivəsində baş tutacaq tədbirin qonağı Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Cəlal Abbasovdur.
Bəstəkar sülh mövzusunda yazdığı əsərləri
və gələcək yaradıcılıq planları barədə
söhbət açacaq. Tədbirdə
C.Abbasovun BMT-nin
mükafatına layiq görülmüş
“İf İ could see you again...”
adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III
simfoniyasından videofraqment nümayiş olunacaq,
müxtəlif musiqi nömrələri səsləndiriləcək.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.3.