“Multikulturalizm
dünyanın hər
yerində”
Foto və poster müsabiqəsi elan edilib
Beynəlxalq Multikultural Şəbəkə
tərəfindən “Multikulturalizm
dünyanın hər
yerində: foto və poster müsabiqəsi
2016” mövzusunda müsabiqə
elan edilib.
Azərbaycanda 2016-cı ilin “Multikulturalizm
ili” elan edilməsi ilə bağlı təşkil edilən müsabiqənin
əsas məqsədi
ölkəmizdə dini
dözümlülüyün, dini müxtəlifliyin, milli və dini
tolerantlığın, multikulturalizmin,
milli mənəvi dəyərlərin qorunub-saxlanması,
eyni zamanda təbliğinə dəstək
olmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər
gənclər və multikulturalizm, multikulturalizm
musiqi dünyasında,
qadın problemləri
və multikulturalizm, iş yerlərində və təhsildə multikulturalizm, multikulturalizmin
Azərbaycan modeli və digər mövzularda işlər təqdim etməlidir.
İştirak etmək istəyənlər
hazırladıqları materialları oktyabrın 5-dək
multiculturalnetwork2016@gmail.com elektron
ünvanına göndərməlidir. Müsabiqədə foto və poster üzrə
3 qalib müəyyənləşdiriləcək.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.3.