“Misri”-
gənc aşıqların
səs incisi”
Audio diskin
təqdimatı keçirilib
Sentyabrın 5-də Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar
Birliyinin təşkilatçılığı
ilə “Misri” - gənc aşıqların
səs incisi” adlı audio diskin təqdimatı keçirilib.
Tədbirdə Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi, professor Məhərrəm Qasımlı
çıxış edərək
aşıq sənətinin
hazırkı inkişaf
dövründən söz
açıb.
M.Qasımlı deyib: “Ulu öndər Heydər Əliyevin ölkəmizdə
müəyyənləşdirdiyi humanitar mədəniyyət
strategiyası ölkə
başçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu gün
Azərbaycan aşıq
sənəti də öz inkişafında yeni bir mərhələni
yaşayır. Aşıq sənətinin
UNESCO səviyyəsinə qaldırılması,
dünyada tanıdılması
istiqamətində görülən
işlərdən bəhs
edərkən bu sənətə və ümumiyyətlə, mədəni
irsimizə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən
diqqət və qayğını xüsusi
qeyd etməliyik”.
Məhərrəm Qasımlı bildirib ki, aşıq sənətimizi gələcək
nəsillərə çatdırmaq
üçün müxtəlif
layihələr həyata
keçirilir. Təqdimatı keçirilən “Misri” - gənc aşıqların səs
incisi” adlı layihə də bu qəbildəndir.
Layihənin həyata keçirilməsində
məqsəd aşıq
sənətinin böyük
mənəvi dəyər
olaraq qorunub saxlanılması və bu sənətin bölgələrdə geniş
şəkildə yayılmasını
təşkil etməkdən
ibarətdir.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Göygöl, Tovuz, Ağstafa, Şamaxı, Gədəbəy və s.
rayonlarda 200 nəfərdən
çox gənc aşığın ifası
dinlənilib, onların
arasından seçilən
30 nəfər istedadlı
gəncin ifalarından
ibarət disk hazırlanıb.
M.Qasımlı qeyd edib ki, diskdə Azərbaycan aşıqlığının
tarixi ənənələrini
ifadə edən müxtəlif havalar öz əksini tapıb. Həmçinin, burada ilk dəfə
olaraq Balakən və Zaqatala rayonlarından olan gənc tamburçu aşıqların repertuarına
da yer verilib.
Gələcəkdə isə Balakən, Zaqatala və Qaxdan olan digər
gənc tamburçular
da tədbirlərə
dəvət olunacaq, tamaşaçılar ayrıca
tamburçular qrupunun
da çıxışını
dinləmək imkanı
əldə edəcəklər.
Tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlığını bildirən Aşıqlar Birliyinin sədri deyib: “Yolumuz, məramımız bəllidir.
Yolumuz Azərbaycan aşıq sənətinə, milli-mənəvi
dəyərlərimizə xidmət
etmək, bu yolu işıqlandırmaqdır.
Onun üçün də gənclərə bütün
varlığımızla qucağımızı
açmışıq, Azərbaycan
Aşıqlar Birliyi bundan sonra da
gənclərə öz
qayğı və dəstəyini göstərəcək.
Görəcəyimiz işlər çoxdur,
inşallah, Azərbaycan
sazının, sözünün
ləyaqətini həmişə
uca tutmağa çalışacağıq”.
Tədbir aşıq musiqisindən ibarət konsert proqramı ilə davam edib.
Şairə Zöhrə Xəlilinin
aparıcılığı ilə keçən konsert “Misri” qrupunun ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra
ilə başlayıb. “Çeşmə” və
“Laçın” qruplarının, Rəfiqə Göyçəli,
Məhsəti Cabbarlı, Xatirə Gülməmmədli, Şəhriyar
Laçın, Ramin Qarayev,
Gözəl Kəlbəcərli və digərlərinin
ifasında səslənən aşıq havaları
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.4.