Bakı növbəti beynəlxalq teatr konfransına ev sahibliyi edəcək
“İnanıram ki, beynəlxalq
konfrans Azərbaycan və dünya
teatr sənətinin inkişafı üçün birgə layihələrin
hazırlanması baxımından da əhəmiyyətli
olacaq”
Xəbər verdiyimiz kimi, 6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək.
Sentyabrın 6-da Azərbaycan Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı toplantı keçirildi. Tədbirdə nazirliyin aidiyyəti şöbə və sektorlarının rəhbər və əməkdaşları, Bakıda fəaliyyət göstərən teatrların direktorları iştirak edirdi. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq teatr konfransının keçirilməsinin əhəmiyyətinə toxundu. Bildirdi ki, konfransın keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır.
Builki konfransın
əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Həmçinin
konfrans çərçivəsində
beynəlxalq ekspertlər
tərəfindən ustad
dərsləri və treninqlər də keçiriləcək: “IV Bakı
Beynəlxalq Teatr Konfransına maraq əvvəlki konfranslardan daha böyükdür. Konfransa 40-dan
çox ölkədən
150-dək teatr mütəxəssisi
qatılacaq. Dünyanın
məşhur teatr, incəsənət xadimləri
- rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının,
beynəlxalq teatr festivallarının rəhbər
şəxsləri, teatrla
bağlı tanınmış
qurumların, eləcə
də müxtəlif ölkələrin teatrlarının
rəhbərləri tədbirdə
iştirak üçün
təşkilat komitəsinə
müraciət ediblər.
Müzakirə olunacaq məsələlər,
treninqlərdə ediləcək
məruzələr, ümumilikdə
konfransın gündəminə
çıxan məsələlər
teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə, təbii ki, uğurlu nəticəyə,
gələcək qarşılıqlı
yeni əlaqələrin
qurulmasına zəmin
yaradacaq”.
Konfransın mövzusunun Azərbaycan
üçün xüsusi
önəm daşıdığını
vurğulayan Ədalət
Vəliyev bildirdi ki, ölkəmiz tarixən mədəni zənginliyin, multikulturalizm
ənənələrinin təşəkkül
tapdığı məkan
kimi tanınıb: “Bildiyimiz kimi, 2016-cı ili Prezident İlham
Əliyev “Multikulturalizm
ili” elan edib. Ölkəmizdə tarixən müxtəlif
xalqlar öz mədəniyyətlərini yaşadıb
və inkişaf etdirib. Bu, teatr
sahəsində də
təcəssümünü tapıb. Ölkəmizdə müxtəlif xalqların
teatrları milli teatrımızla çiyin-çiyinə
fəaliyyət göstərməklə
ümumi mədəni
irsin zənginləşməsinə
xidmət edirlər.
Bu gün multikulturalizm
müasir dünyanın
ən vacib mövzularından biridir və bu məsələnin
teatr sənəti kontekstində müzakirəsi
xüsusi maraq kəsb edir”.
Ədalət Vəliyev IV Bakı
Beynəlxalq Teatr Konfransının yüksək
səviyyədə keçirilməsi
üçün bir sıra tapşırıqlar
verdi. Tədbirin açılış
və bağlanış
mərasimlərinin təşkili,
tərcüməçilərlə təminat, könüllülərin
iştirakı, müxtəlif
mədəni tədbirlərin
keçirilməsi və
konfransın mətbuatda
daha geniş işıqlandırılması üçün görülməli
olan işlər diqqətə çatdırıldı.
Nazir müavini vurğuladı ki, konfransda müzakirə ediləcək
məsələlər dünya,
eləcə də Azərbaycan teatrı üçün çox əhəmiyyətli olacaq:
“İnanıram ki, beynəlxalq teatr konfransı çərçivəsində
keçiriləcək çoxsaylı
tədbirlər Azərbaycan
və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm
qoyması və birgə layihələrin hazırlanması baxımından
da əhəmiyyətli
olacaq. Bunun üçün də konfrans həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılmalı,
ölkəmizin mədəni
həyatını tanıtmalıdır”.
Ədalət Vəliyev həmçinin
15-24 sentyabr tarixində
keçiriləcək “Üç
məkan” II Şəki
Beynəlxalq Teatr Festivalı və oktyabrın 22-dən 30-dək davam
edəcək Bakı Caz Festivalına hazırlıq işləri
ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.5.