Los-Ancelesdə
“Azərbaycan kinosu gecəsi”
Ölkəmizin Los-Ancelesdəki baş
konsulluğunun və Azərbaycan icmasının
birgə təşkilatçılığı
ilə bu şəhərdə “Azərbaycan
kinosu gecəsi” adlı layihəyə
start verilib. Layihə çərçivəsində
Azərbaycan filmlərinin
təqdimatı planlaşdırılır.
Sentyabrın 2-də Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğunda
keçirilən tədbirdə
rejissor Elçin Musaoğlunun 2009-cu ildə
çəkdiyi “40-cı qapı”
filmi nümayiş etdirilib.
Baş konsul Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın
daha da tanıdılmasının
yüksək önəm
daşıdığını qeyd edib.
Los-Ancelesdəki Azərbaycan
icmasının fəallarından
Kimya Məmmədova göstərilən dəstəyə
görə icma adından baş konsulluğa təşəkkürünü
ifadə edib, qarşıdakı dövrdə
bu layihənin daha da inkişaf
etdirilməsinə çalışacaqlarını
bildirib. Qeyd edib ki, tədbirin keçirilməsində
əsas məqsəd milli kinomuzun klassik və yeni nümunələrini tanıtmaqdır.
İcma fəalı
“40-cı qapı” filmi barədə
qısa məlumat verdikdən sonra qonaqlar ekran əsərinə
tamaşa ediblər.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.8.