“Balaca əllərin böyük işləri”
Siyəzəndəki Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət mərkəzi ilə birgə “Balaca əllərin böyük işləri” adlı sərgi keçirilib.
Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, balaca fırça həvəskarlarının üzərində əməyi olan gənc rəssam Pəri Mirzəyeva, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək sərgi münasibətilə iştirakçıları təbrik edib, onlara yeni uğurlar diləyiblər.
Sonra tədbirə
qatılanlar nümayiş olunan
əl işləri ilə tanış olublar.
Balacaların sənət dünyasının təcəssümü
olan əl işləri maraqla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.11.