Kazan festivalında
peyğəmbər haqqında
filmin təqdimatı
Rusiya Federasiyası
Tatarıstan Respublikasının
Kazan şəhərində 12-ci Beynəlxalq Müsəlman
Film Festivalı başlayıb.
Festivalın açılışında iranlı
rejissor Məcid Məcidinin “Məhəmməd
- Allahın elçisi”
filminin mətbuat üçün nümayişi
olub.
Rusiya və dünya ictimaiyyətinin müsəlmanlar
və islam
haqqında düzgün
məlumatlandırılması və obyektiv fikir sahibi ola
bilməsi məqsədilə
həyata keçirilən
festivala bu il 33 ölkədən 60
film təqdim olunub. Münsiflər heyətinin
sədri rusiyalı rejissor Aleksandr Proşkin, üzvləri isə Sıddıq Barmaq, Usman Sapparov,
Yusup Razıkov və Valeri Sevastyanovdur.
Festival sentyabrın 11-də sona çatacaq.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.12.