Xalq artisti Yaşar
Nurinin məzarı ziyarət olunub
Sentyabrın 3-də Xalq artisti,
Dövlət mükafatı
laureatı, görkəmli
aktyor Yaşar Nurinin (1951-2012) anadan olmasının 65-ci ildönümündə
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının kollektivi sənətkarın II Fəxri
xiyabanda məzarını
ziyarət edib.
Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa
Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərindən danışaraq
onun yaratdığı
obrazlar qalereyasına nəzər salıb. Qeyd olunub
ki, görkəmli sənətkarın işıqlı
xatirəsi Azərbaycan
tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var
olduqca, Yaşar Nuri də hər
zaman yad olunacaq.
Teatrın direktoru diqqətə çatdırıb ki, oktyabr ayında Yaşar Nurinin anadan olmasının 65 illik yubileyi münasibətilə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında xatirə gecəsi keçiriləcək.
Ziyarət mərasimində sənətkarın
ailə üzvləri də iştirak edib. Sənətkarın həyat
yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin xatirəsini
əziz tutduğuna və daim
ehtiramla yad etdiklərinə
görə teatrın kollektivinə minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.14.