Kamran Nəzirlinin hekayələri
Türkiyə və Rusiya jurnallarında
İstanbulda çıxan "Türk ədəbiyyatı" aylıq fikir və sənət jurnalının avqust nömrəsində Azərbaycan yazıçısı Kamran Nəzirlinin "Yarpaqlar töküləndə" hekayəsi dərc edilib.
Hekayəni türk dilinə tanınmış yazar və tərcüməçi İmdat Avşar çevirib. Jurnalda müəllifin həyat və yaradıcılığı barədə də məlumat verilib.
Avqust ayında
yazıçının daha altı hekayəsi
Moskvada, Rusiya
Yazıçılar Birliyinin Moskva bölməsinin orqanı "Rossiyski kolokol" ədəbi
jurnalında və Krasnoyarskda
çıxan "Den i
noç" jurnalında dərc olunub. Yaxın aylarda
yazıçının hekayələr kitabı Minskdə Belarus dilində işıq üzü
görəcək, bir neçə hekayəsi
moldovan, rumın, alman
və bolqar dillərinə tərcümə
edilir və həmin ölkələrin ədəbi
jurnallarında dərc olunacaq.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.15