Xalçaçılıq sənətinin
təbliği ilə bağlı layihə həyata keçirilir
Sentyabrın 4-də Sumqayıtda Gənclər Fondunun dəstəyi, Azərbaycan Xalça Muzeyinin və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gənclər arasında xalçaçılıq sənətinin təbliği” adlı layihənin açılış mərasimi keçirilib.
Layihənin rəhbəri Elmin Fərruqov, layihənin koordinatoru,
Azərbaycan Xalça Muzeyinin
mətbuat katibi Fuad Rəsul
və muzeyin Şuşa
filialının müdiri Səbinə
Əzizova cıxış edərək mədəni irsimiz olan
xalçaçılıq sənəti və bu
sənətin tarixi haqqında gənclərə
ətraflı məlumatlar veriblər. Layihənin icrası
müddətində yeniyetmə və gənclərin milli xalça sənəti
barədə daha dolğun
məlumatlandırılması üçün
Azərbaycan Xalça Muzeyinə
ekskursiyaların təşkil olunması nəzərdə tutulur.
Mədəniyyət.- 2016.- 7
sentyabr.- S.15.