Belarusun müalicəvi turizm
imkanlarının təqdimatı
Belarus Respublikasının Azərbaycandakı səfirliyində Belarus-Azərbaycan turizm forumu keçirilib. Tədbirdə “Belaqrozdravnitsa” ASC sisteminə daxil olan sanatoriyaların təqdimatı keçirilib.
Azərbaycanın turizm
şirkətlərinin foruma dəvət edilmiş nümayəndələri Belarusun aparıcı sanatoriyalarının müalicə-sağlamlıq
potensialı ilə tanış olublar. Tərəflər
qarşılıqlı faydalı əməkdaşlığın
tənzimlənməsi və inkişaf
etdirilməsi şərtləri və bu
sahədə praktiki addımlar barədə
razılığa gəliblər.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.2.