“Sülh
aylığı” çərçivəsində tədbirlər
Ağdaş rayon MKS-nin oxu zalında “Sülh aylığı” ilə əlaqədar tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, Oxuculara xidmət şöbəsinin müdiri Müşərrəf Alıyeva Beynəlxalq Sülh Günü haqqında məlumat veriblər.
Bildirilib ki, BMT Baş Assambleyası 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. Azərbaycan Respublikası Ombudsmanının qərarı ilə əlamətdar gün ölkəmizdə “Sülh aylığı” (21 avqust - 21 sentyabr) kimi qeyd olunur.
Sonra sülh mövzusunda təşkil edilmiş sərgi nümayiş olunub, video-çarx təqdim edilib.
* * *
“Sülh aylığı” çərçivəsində Zaqatalada Heydər Əliyev Mərkəzi və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib.
Tədbirdə vurğulanıb ki, beynəlxalq təqvimdəki bu əlamətdar günün
yaranma səbəbi sülhün
qorunması, insanların əmin-amanlıqda yaşaması,
amansız müharibələrin, hər cür
zorakılığın dayandırılması, bəşəriyyətin
daim sülh içərisində
yaşama arzusudur.
Qeyd olunub ki, dünyanın ən tolerant
ölkələrindən olan Azərbaycanda
hər kəsin ən böyük istəyi
sülh və əmin-amanlıq şəraitində
yaşamaqdır.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.7.