İstedadlı xanımların əl işləri nümayiş olunub

 

 

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-yarmarkada rayonun 40 sakininin rəsm və əl işlərinin satışı təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova müxtəlif bölgələri əhatə edən bu cür sərgilərin əhəmiyyətini qeyd ediblər.

Sərgi iştirakçılarından Tahirə Qasımova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Sərgi-satışda müxtəlif tablolar, milli geyimlər, toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.7.