Prezidentin sərəncamı ölkəmizdə
turizmin inkişafına yeni
təkan verəcək
“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
sərəncamdan irəli gələn məsələlər turizm şirkətlərinin nümayəndələri ilə müzakirə edildi
Sentyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AZTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı keçirdi. Toplantıda Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olundu.
Sərəncamın əhəmiyyətini diqqətə çatdıran nazir bildirdi ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir: “Bu gün turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulub, brend hotellər istifadəyə verilib. Bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanınıb. İndi bu sahədə görülən işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə 2, 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin edilmiş olacaq”.
Əbülfəs Qarayev turizm sənayesinin inkişaf
etdirilməsinin Prezident İlham
Əliyevin xüsusi diqqət mərkəzində
olduğunu vurğuladı. Qeyd etdi ki, bu istiqamətdə
aparılan islahatlar
son illər daha da intensiv xarakter
alıb.
Dövlət başçısının sentyabrın
1-də imzaladığı sərəncam respublikamızda
turizmin inkişafına
yeni təkan verəcək. Sərəncamda
Turizm Şurasının
yaradılması, turizm
sahəsinin müasir tələblər baxımından
yenidən qurulması,
ölkənin turizm potensialının təşviqi,
yeni əlverişli aviareyslərin açılması,
ticarət festivallarının
(“shopping festival”) keçirilməsi, o cümlədən digər
mühüm məsələlər
öz əksini tapıb və müvafiq tapşırıqlar
verilib: “Bu sərəncam
Azərbaycan turizminin inkişafının növbəti
mərhələsini müəyyən
edərək, turizm sənayesində çalışan
hər bir işçinin üzərinə
məsuliyyət qoyur.
İndi ölkəmizdə mövcud
olan bütün turizm sənayesi işçiləri xidmət
səviyyəsinin daha
da yüksəldilməsi
işinə öz töhfəsini verməlidir.
Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün
kursların, treninqlərin
təşkili istiqamətində
işlərin həyata
keçirilməsini də
nəzərdə tuturuq”.
Nazir vurğuladı
ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının
aradan qaldırılması
ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün
dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması,
sağlamlıq turizminin
növlərinin artırılması,
qış turizminin daha da inkişaf
etdirilməsi də əsas istiqamətlərdəndir.
Həmçinin Azərbaycana xarici
turistlərin cəlb olunması üçün
təbliğat işlərinin
daha da gücləndirilməsinin
vacibliyi vurğulandı.
Ölkəmizdə tətbiq olunan “Tax free” sisteminin əhəmiyyətinə
toxunan Əbülfəs
Qarayev bildirdi ki, bu sistemə
qoşulan ticarət obyektlərinin sayının
artırılması təmin
olunacaq. Ticarət festivallarının (“shopping
festival”) keçirilməsi istiqamətində görüləcək
işlərlə əlaqədar
olaraq turizm obyektləri də müvafiq təkliflər verə bilərlər.
Həmçinin ölkə başçısının
müvafiq sərəncamına
uyğun olaraq, sentyabrın 27-si - Dünya
Turizm Günü bu ildən etibarən
Azərbaycanda “Turizm işçiləri günü”
peşə bayramı
kimi qeyd ediləcək. Nazir bu münasibətlə
bütün turizm ictimaiyyətini təbrik etdi.
Tədbirdə sərəncama uyğun olaraq müvafiq işlərin həyata keçirilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparıldı. Turizm nümayəndələrinin təkliflərinin nəzərdən keçiriləcəyi vurğulandı.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.8.