Bakı payız səyahətləri üçün populyar
şəhərlər siyahısında
“RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb. Reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək qabaqcadan mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.
Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir. Azərbaycanın paytaxtına üçgünlük payız səfərləri üstünlük təşkil edir.
Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.
Mövsümdə 10 ən populyar
xarici kurort gəzintisi
ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya,
İtaliya, Çexiya,
Tailand, Bolqarıstan, Monteneqro
və Xorvatiya daxildir.
Büdcəyə uyğunluq
baxımından ən sərfəli ölkə Bolqarıstan,
ən bahalı ölkə İtaliyadır.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.9.