“Azərbaycan xarici səfər
üçün çox
gözəl ölkədir”
ABŞ-ın Missuri ştatından olan, tez-tez dünyanın müxtəlif bölgələrinə səyahət edən Meri Klark Azərbaycanda da olub. Xanım Klark səfərləri ilə bağlı təəssüratlarını bloq yazılarında bölüşür. Onun səfərlərindən çəkilmiş şəkillər isə Sent Luis şəhərinin “Saint Louis Post Dispatch” qəzetinin “Səyahətlər” bölməsində dərc olunur.
Azərbaycana səfəri zamanı Meri Klark Bakını gəzib, Qız qalası və Şirvanşahlar sarayını ziyarət edib. O, həmçinin Şamaxıda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Qəbələdə, Zaqatalada, Qaxda və Şəkidə olub, Şəki xanlarının sarayı və Kiş kəndində yerləşən alban kilsəsi, bir çox tarixi abidələrlə tanış olub. Xanım Klark Azərbaycana səfərindən razı qaldığını və tezliklə ölkəmizə qayıdacağını bildirib.
O deyib: “Mən Azərbaycanda olmamışdım və bu ölkə haqqında o qədər də məlumatım yox idi. Burada yaşayan insanların səmimi və qonaqpərvər olduğunu gördüm. Yeməklər çox dadlıdır. Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir. Mən xarici səyahətçiləri buraya səfər etməyə çağırıram. Burada bütün dinləri təmsil edən insanların birlikdə yaşamaları və işləmələri üçün şərait yaradılıb.
Azərbaycanın rayonlarında oldum,
insanların mehribanlığını, xüsusilə də
ölkənin şimal hissəsinin gözəl
dağlarını gördüm. Rayonlarda yediyim yeməklər
də çox ləziz idi.
Bundan başqa, ilk xristian kilsəsi olan Kiş kilsəsini
ziyarət etdim. Bu, mənim
üçün gözəl təcrübə
idi. Mən Azərbaycanda çoxlu
şəkillər çəkdim və bu
şəkilləri ABŞ-da
tanıdığım hər kəsə göstərəcəyəm.
Azərbaycana səfərimdən, həqiqətən də, çox razı qaldım”.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.8.