Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə iclas

 

 

Sentyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzində Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulan işlərə həsr olunmuş iclas keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın əhəmiyyətindən bəhs edib. Bildirib ki, sərəncamda turizm sektorunun inkişafında daha böyük nailiyyətlər əldə etmək, bu istiqamətdə rəqabəti artırmaq və irəliləyişi təmin etmək ölkəmizin mühüm prioritetlərindən biri kimi vurğulanır.

Qeyd olunub ki, Elmi-Metodik Mərkəz də digər müvafiq qurumlar kimi bu istiqamətdə yeni ideya və təkliflər təqdim etməklə turizm sənayesinin inkişafına öz töhfəsini verməlidir. Mərkəzdə bununla bağlı işçi qrupu yaradılacaq.

İclasda qurumun ilin ikinci yarısı üzrə planında nəzərdə tutulan tədbirlər də geniş müzakirə edilib, fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.11.