Batumidəki gözəllik müsabiqəsində
milli geyimlərimiz nümayiş
olunub
Gürcüstanın Batumi şəhərində dünyanın nüfuzlu gözəllik müsabiqələrindən sayılan “Miss & Mister Planet-2016”ya start verilib. Müsabiqədə ölkəmizi Yusif Cəfərli və Anna Qranovskaya təmsil edir.
Müsabiqənin ilk günü Azərbaycan komandasının idarə heyəti tərəfindən “Azərbaycan günü” də təşkil olunub. “Welcome Azerbaijan” partisində iştirakçılara Azərbaycan şərabları, milli meyvə şirələri və milliliyi göstərən hədiyyələr təqdim olunub. Həmçinin, müsabiqənin ikinci günü “Milli geyimlər günü” də keçirilib.
Təmsilçilərimiz uğurla
çıxış edərək beynəlxalq jüri heyətinin müsbət rəyini
alıblar. Müsabiqənin beynəlxalq münsifləri
arasında həmyerlimiz Aqil Məmiyev də
var. Qeyd edək ki, müsabiqə sentyabrın 11-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.11