Əməkdar artist uşaqlara nağıl-tamaşa təqdim
edib
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrının aktyoru, Əməkdar artist
Rəhman Rəhmanov Mingəçevirdəki uşaq
bağçaları-körpələr evlərində “Şəngülüm,
Şüngülüm, Məngülüm”
nağılını kuklaların
dili ilə balacalara təqdim edib. Səfər Mingəçevir Dövlət Dram Teatrının
dəvəti ilə gerçəkləşib.
Aktyorun təqdim etdiyi tamaşa mingəçevirli balaca fidanlar tərəfindən böyük sevinclə qarşılanıb. Əməkdar artist uşaqlarla, müəllim və valideynlərlə maraqlı görüşlər keçirib.
Uşaqların sevimlisi olan aktyor bu
ilin oktyabr ayında
Mingəçevir Dövlət Dram
Teatrının dəvəti ilə yerli aktyorlarla birgə yeni iki tamaşa hazırlayacaq
və yenidən şəhərin qonağı olacaq.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.11.