Tərtərdə XVIII əsrə aid olduğu ehtimal edilən kilim tapılıb
Tərtər rayon sakini Aybəniz Məmmədova məişət
tullantılarının atıldığı
yerdən kilim tapıb. Tərtər Tarix-Diyarşünaslıq Muzeyində bərpaçı
işləyən Aybəniz
Məmmədova qədim
əşyanı işlədiyi
müəssisəyə təhvil
verib.
Yaşlı nəslin nümayəndələrinin
sözlərinə görə,
kilimin tarixi qədimdir. Onun “Qarabağ” çeşnisi
üzərində toxunduğu
bildirilir.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri
Gündüz Mürsəlov
bildirib ki, incə toxunuşlu naxışların əks
olunduğu tarixi əşya artıq Tarix-diyarşünaslıq muzeyində
eksponat kimi siyahıya daxil edilib.
Lalə
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.13.