“Azərbaycan torpağına türbət
demişəm”
Tanınmış maarifçinin
xatirələr kitabı işıq üzü
görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundovun tərtib etdiyi “Azərbaycan torpağına türbət demişəm” kitabı çapdan çıxıb.
Nəşrdə tanınmış maarifçi, ictimai xadim, Zaqafqaziya Seyminin (1918) və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Hacı Mirzə Səlim Axund Axundzadənin mühacirətdə olarkən qələmə aldığı xatirələri yer alıb. Kitabda müəllifin əlyazmasının surəti və latın qrafikasına çevrilmiş mətni verilib.
Əlyazmanı Zahir Axundzadə təqdim edib. Ərəb qrafikasından latın qrafikasına çevirən və fars dilindən sənədləri tərcümə edən isə Məhəmməd Muxtaridir. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülşən Axundovadır.
Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəranda
dünyaya gəlib. Atası Mirzə
İsmayıl Qasir dövrünün
tanınmış şairi və görkəmli
maarifçisi idi. O, Şirvandan Lənkərana
köçəndən sonra
"Üsuli-cədid" məktəbi yaradaraq,
maarifçiliklə məşğul olmuşdu.
1920-ci ilin aprel
işğalından sonra, dövrün
bir çox görkəmli
ictimai-siyasi xadimləri ilə
yanaşı, Axundzadə də vətəni tərk etməyə
məcbur olur. O, İrana
gedir, əvvəlcə Ərdəbildə
məskunlaşır, sonra Ənzəli
şəhərinə köçür,
mədrəsədə müəllimlik edir.
1930-cu ildə burada dünyasını dəyişir.
Mədəniyyət.- 2016.- 9
sentyabr.- S.15.