Bakıda rusiyalı rəssamın sərgisi
Bakıda rusiyalı xanım rəssam Olya Kroytorun fərdi rəsm sərgisi açılacaq.
Fırça ustasının əsərləri oktyabrın 31-də “Kiçik QalArt” qalereyasında nümayiş olunacaq. Qonaqlar sərginin ekspozisiyasında O.Kroytorun müasir janrlı sənət əsərlərini görə biləcəklər.
Rəssamın əsərləri onun şəxsi təəssüratları,
duyğuları və qorxularının ardıcıl tədqiqatıdır.
Parçalanma, ölüm
və özgəlik mövzuları rəssam üçün
əslində, fasiləsiz prosesin bir hissəsini təşkil edən ömür axını mənasını kəsb
edir.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.2.