Mingəçevir Turizm Kollecində
Bilik günü
Sentyabrın 15-də yeni dərs ilinin başlanması və Bilik günü
münasibətilə Mingəçevir
Turizm Kollecində tədbir keçirilib.
Mərasimdə kollecin direktoru Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan
məqsədyönlü addımlardan
və tətbiq olunan yeniliklərdən söhbət açıb. Turizmin qeyri-neft
sektorunun ən perspektivli sahələrindən
biri olduğunu vurğulayan direktor bu sahədə kadrların yetişdirilməsində
Mingəçevir Turizm
Kollecinin də rolunu qeyd edib.
Tədbir pedaqoji heyət
üzvlərinin çıxışları ilə davam edib.
Çıxış edənlər yeni dərs
ili münasibətilə müəllim və
tələbələrə təbriklərini və xoş arzularını çatdırıblar.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.4.