“Ənənə və müasirlik

 

 

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi sərgisi açılacaq. Sərgidə rəssamın dekorativ-tətbiqi sənət sahəsində yaratdığı əl işləri nümayiş olunacaq.

S.Səmədova 1975-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci illərdə Mədəniyyət və İncəsənət Universitetini bitirib.

1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Qrafika, dekorativ-tətbiqi sənətlə məşğul olur. 20 ildən artıqdır ki, teatr rəssamı kimi fəaliyyət göstərir. Hazırda Dövlət Pantomima Teatrının baş rəssamıdır.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.4.