Mədəniyyət və turizm
naziri TÜRKSOY-un baş katibi ilə görüşüb
Baş katib “Şəki - Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ili çərçivəsində görülən işləri yüksək qiymətləndirib
Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb. Baş katib sentyabrın 15-də başlanan “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün respublikamıza gəlib.
Məlum olduğu kimi, Şəki şəhəri TURKSOY tərəfindən 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şəkidəki festival çərçivəsində TÜRKSOY-un himayəsi ilə türkdilli ölkələrin dövlət teatrları rəhbərlərinin növbəti toplantısı da olacaq.
Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən söhbət açılıb, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.
TÜRKSOY-un baş katibi
səmimi qəbula görə nazirə təşəkkürünü
bildirib, “Şəki - Türk
dünyasının mədəniyyət paytaxtı - 2016” ili çərçivəsində həyata
keçirilən layihələri və görülən
işləri yüksək qiymətləndirib.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.5.