Latviya səfiri Milli Kitabxanada olub
Sentyabrın 15-də Latviyanın Azərbaycandakı
səfiri Yuris Maklakovs və səfirliyin ikinci katibi İeva Majore Azərbaycan Milli Kitabxanasında olublar.
Milli Kitabxananın
direktoru Kərim Tahirovla görüş zamanı səfir Latviya parlamentinin spikeri xanım İnara Murnietsenin Azərbaycana səfər edəcəyini bildirib. Qeyd olunub
ki, səfər zamanı Azərbaycan Milli Kitabxanasında geniş ictimaiyyətlə
görüş və
Latviyaya həsr olunmuş sərginin nümayişi də nəzərdə tutulub.
Söhbət əsnasında iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq münasibətlərindən
də söz açılıb, əlaqələrin
daha da möhkəmləndirilməsi
barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov tərəfindən
qonaqlara tarix elmləri
doktoru Həsən Həsənovun “Qız
qalası” kitabı hədiyyə edilib.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.5.