Milli musiqi gününə
həsr edilmiş tədbir
Sentyabrın 14-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.
Muzeyin direktoru
Lalə Abaszadə çıxış edərək
əlamətdar günün
tarixi barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Üzeyir musiqi gününün keçirilməsi
haqqında” 1995-ci ildə
imzaladığı fərmana
uyğun olaraq hər il
sentyabrın 18-də ölkəmizdə
musiqi bayramı keçirilir.
Muzeyin əməkdaşları Laçın
Kılıça, Nərmin
Baxşıyeva, musiqişünas
Nailə Rəhimbəyli,
Milli Konservatoriyanın
baş müəllimi
Hicran Hacızadə çıxış ediblər.
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığından, Azəbaycanda
keçirilən beynəlxalq musiqi
festivalları və musiqi mədəniyyəti
ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən
bəhs edilib. Sonda
iştirakçılar muzeyin
ekspozisiyasına baxıblar.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.5.