“Üç gün və bir ömür” filminin çəkilişləri
yekunlaşıb
“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Üç gün və bir ömür” adlı bədii filmin çəkilişləri yekunlaşıb.
Ekran əsərinin rejissoru Babək Şirinsifət, prodüseri Müşfiq Hətəmovdur. Əsas rollarda Rasim Cəfər, Kamran Ağabalayev və Hikmət Rəhimov çəkilib.
Film 17 il
həbsdə olan və həbsdən
çıxdıqdan sonra
torpaqlarımızın düşmən tapdığı
altında olmasına baxmayaraq öz doğma diyarına
dönməyi arzulayan bir
insanın hekayəsindən bəhs edir.
Hazırda ekran əsərində montaj işləri aparılır.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.5.