İrəvan Azərbaycan Dram
Teatrı mövsümün
açılışına hazırlaşır
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı sentyabrın 23-də görkəmli şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 135-ci yubiley mövsümünün təntənəli açılış mərasimini keçirəcək. Səhnə əsəri Azərbaycan Dövlət Mahnı Teatrında nümayiş olunacaq.
Tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.
Rolları Əməkdar artist
Vaqif Kərimov, aktyorlar
Əjdər Zeynalov, Zülfiyyə
İsmayılova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva
və başqaları ifa edirlər.
Mədəniyyət.- 2016.- 16 sentyabr.-
S.6