Şəhidin xatirəsi anılıb

 

 

Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd kitabxana filialı kənd icra nümayəndəliyi ilə birlikdə aprel ayında Qarabağda şəhid olmuş baş leytenant Elvin Namazovun doğum günü ilə bağlı anım tədbiri keçirib.

Kənd qəbiristanlığında şəhidin qəbri ziyarət olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 26 yaşlı şəhidin döyüş yolundan danışıb və bildirib ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Elvin Namazov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Kənd icra nümayəndəsi Osman Mustafayev, bələdiyyə sədri Şahismayıl Məmmədov çıxış ediblər. Yuxarı Salahlı kənd kitabxana filialının fəal oxucuları Vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.7.