Naxçıvanda uşaqların ənənəvi rəsm sərgisi

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına rəsm salonunda ənənəvi “İrsuşaq rəsm sərgisi keçirilib. Sərgidə 47 fırça həvəskarının 200-dək əl işi nümayiş etdirilib.

Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, istedadlı uşaqların yaradıcı inkişafı üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Yasəmən Ramazanova və Heydər Əliyev adına Uşaq-gənclər yaradıcılıq mərkəzinin direktoru Namiq Novruzov rəssamlıq sənətinə maraq göstərən uşaqlar üçün belə tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Balaca rəssamlara diplomlar təqdim edilib. Sonra sərgiyə baxış olub.

Tariximizin qəhrəmanlıq səhifələri ilə yanaşı, muxtar respublikanın ecazkar təbiət mənzərələri də rəsm əsərlərində əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.7.