Fransa paytaxtında azərbaycanlı musiqiçinin
konserti
Parisin “Reservoir” klubunda
istedadlı bəstəkar
və pianoçu Etibar Əsədlinin konserti olub. Konsertdə azərbaycanlı
musiqiçini Linley Marthe
(bass) və Tilo Bertholo (zərb alətləri) müşayiət
edib.
Kluba toplaşan
musiqisevərlərə Azərbaycan
milli musiqisinin Qərb caz sənətinin
ritmik çalarları
ilə ahəngli sintezindən ibarət konsert təqdim olunub. Etibar Əsədlinin
bəstələdiyi “İthaf”,
“Həftəsonu”, “Gecikirəm”
mahnıları, eləcə
də onun aranjimanında “Qara qaşın vəsməsi”,
“Əlində sazın
qurbanı”, “Lay-lay” Azərbaycan
xalq mahnıları səsləndirilib. Konsertdə həmçinin
bəstəkarın atası
Sahib Əsədlinin muğam
janrında bəstələdiyi
“Nəzr eyləmişəm”
kompozisiyası ifa edilib.
Bakıdakı Bülbül
adına Orta ixtisas musiqi məktəbində klassik
piano təhsili alan Etibar Əsədli Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının bəstəkarlıq fakültəsini bitirib. Hazırda Fransada yaşayan gənc bəstəkarın “EDY”
adlı studiyası var. O, eyni
zamanda Paris Didier Lockvood Musiqi Mərkəzində təhsilini davam etdirir.
Mədəniyyət.- 2016.- 16
sentyabr.- S.8.